10:47 29-09-2017
news_image
755
TOP OYUNLARI

Rusiya – Türkiyə matçı azərbaycanlı hakimə tapşırıldı

Avropa Voleybol Konfederasiyası beynəlxalq dərəcəli azərbaycanlı hakim Eldar Zülfüqarova növbəti dəfə etimad göstərib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatının 1/4 final mərhələsində də iş başında olacaq.

 

Qrup mərhələsində 2, pley-offda bir oyunu idarə edən Zülfüqarov bu dəfə Rusiya – Türkiyə qarşılaşmasında əsas referi olacaq. Həmyerlimizə italiyalı Daniele Rapisarda köməklik edəcək.

 

Qeyd edək ki, görüş saat 20:30-da başlayacaq.