15:42 29-09-2017
news_image
1011
FUTBOL

AVRO-2018: Amansız ispanlar və keçiləsi rəqib

Futzal üzrə AVRO-2018-in final mərhələsinin püşkü Azərbaycan millisini tanış rəqiblərlə üz-üzə qoyub. Apasport.az saytının məlumatına görə, gələn il Sloveniyada keçiriləcək yarışın D qrupundakı rəqiblərimiz İspaniya və Fransa ilə əvvəllər də qarşılaşmışıq.

 

İndiyədək keçirilən 10 Avropa çempionatının 7-də qızıl, 1-də gümüş, 2-də bürünc medal qazanan İspaniya millisi qitənin ən nəhəng komandasıdı. İndiyədək yığmamızla 4 dəfə qarşılaşan pireneylilər bütün matçlarda qalib gəlib.

 

Komandamız iki yoxlama və iki rəsmi matçda rəqibdən zəif olub. Bu qarşılaşmalardan ikisində böyük hesab qeydə alınıb.

 

İspaniya ilə son duel ötən il Kolumbiyada keçirilən DÇ-2016-nın final mərhələsinə təsadüf edib. Yığmamız bu görüşdən 2:4 hesablı məğlubiyyətlə ayrılıb.

 

Fransa isə yığmamız üçün “asan yem” sayılmasa da, komandamızın dişinə görə rəqibdi. Bu komanda ilə yeganə matçımız AVRO-2012-nin Bakıda keçirilən seçmə mərhələsinə təsadüf edib. Həmin vaxt həm İspaniya, həm də Fransa şəhərimizin qonağı olub. Sonunculara qalib gələn millimiz pireneylilərin amansızlığı qarşısında aciz qalıb.

 

AÇ-2012-nin seçmə mərhələsi

27.02.2011. Azərbaycan - İspaniya – 3:8

25.02.2011. Azərbaycan - Fransa – 4:2

DÇ-2016-nın final mərhələsi

15.09.2016. Azərbaycan - İspaniya – 2:4

Yoxlama oyunları

22.10.2002. İspaniya – Azərbaycan – 4:3

23.10.2002. İspaniya – Azərbaycan – 6:1

 

Qeyd edək ki, AVRO-2018-in final mərhələsi gələn il yanvarın 30-dan fevralın 10-dək Sloveniyada keçiriləcək.