14:31 29-04-2008
news_image
375
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçısı İspaniyada keçirilən turnirin qalibi olub

Bakı. Kənan Həsənov – APA-Sport. İspaniyanın Tamarite şəhərində keçirilən şahmat üzrə beynəlxalq turnirə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda ölkəmizi Azər Mirzəyev təmsil edib. İspaniyada yaşayan həmyerlimiz keçirdiyi 9 oyundan 8 xal toplayaraq birinci yeri tutub. Beynəlxalq qrossmeysterimiz 110 şahmatçının mübarizə apardığı turnirin reytinq favoriti olub.