17:43 04-10-2017
news_image
1019
DÇ-2018

Azərbaycan - Çexiya oyununa necə getmək olar? - VİDEO

DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan  - Çexiya oyunu ilə bağlı videorolik hazırlanıb. Apasport.az AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, videoçarx azarkeşlərin stadiona necə gəlməsinə həsr olunub.

 

“Zenit” FK-ya məxsus olan ideyaya əsasən, matç günü azarkeşlərin Bakı Olimpiya Stadionuna getmələrinin münasib yolu göstərilib.

 

Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan – Çexiya görüşü saat 20.00-da başlayacaq.