17:32 29-04-2008
news_image
379
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov Teymur Rəcəbovla heç-heçə oynayıb

Bakı. Kənan Həsənov – APA-Sport. Bakıda təşkil olunan şahmat üzrə Qran-Pri turnirində VIII turun oyunları start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, hesabat turunda milli komandamızın üzvlərinin görüşündə qalib müəyyənləşməyib. Liderlər qrupunda qərarlaşan Vüqar Həşimovla Teymur Rəcəbov 28-ci gedişdə heç-heçəyə razılaşıblar. Çinli Van Yue ilə ingiltərəli Maykl Adams da yarım xalla kifayətləniblər.