23:18 07-10-2017
news_image

Zaqatalada cüdo bayramı - FOTOSESSİYA

Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən yeniyetmələr arasında region birinciliyi davam edir. Apasport.az saytının məlumatına görə, bu dəfə zona yarışı Zaqatalada baş tutub.

 

Şimal – Qərb bölgə çempionatında Qax, Zaqatala, Şəki, Balakən və Mingəçevir şəhərinin 200-dən çox yeniyetmə cüdoçusu mübarizə aparır.

 

İlk gün 2004-2006-cı il təvəllüdlü 100 cüdoçu medallar uğrunda yarışıb. Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar, hədiyyələr təqdim olunub.