09:17 12-10-2017
news_image
610
TOP OYUNLARI

Natalya Məmmədovadan 20 dəqiq zərbə

Qadın voleybolçular arasında Rusiya Superliqasında start verilib. Apasport.az saytının məlumatına görə, I turun ilk oyun günündə Azərbaycan millisinin üzvləri bir-birinə rəqib olublar.

 

Belə ki, Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan “Dinamo”su Kseniya Poznyakın formasını geyindiyi “Leninqradka”nı qəbul edib. Qarşılaşma 3:0 (25:15, 25:15, 25:16) hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

 

Məmmədova 3 ildən sonra Rusiya çempionatına qayıdışını 20 xalla qeyd edib. O, matçın bombardiri adına da yiyələnib. Poznyak isə komandasına 4 xal qazandırıb.