10:36 14-10-2017
news_image
1064
DÖYÜŞ NÖVLƏRİ

Siyəzən cüdoçularından birincilik - FOTOSESSİYA

Qubada Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən region birinciliyinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Şimal-Şərq bölgəsindən olan yeniyetmə cüdoçular iki yaş qrupu üzrə medallar uğrunda yarışıblar.

 

2001-2003-cü il təvəllüdlü yeniyetmələrin birinciliyində Siyəzən cüdoçuları daha yaxşı nəticə göstərərək ümumi komanda hesabında 1-ci yeri tutublar.

 

Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr verilib.

 

Qeyd edək ki, Şimal-Şərq regionu üzrə birincilikdə Quba, Qusar, Xızı, Şabran, Siyəzən, Xaçmaz və Abşeron cüdoçuları mübarizə aparıblar. Yeniyetmə cüdoçuların zona yarışları davam etdiriləcək.