11:35 14-10-2017
news_image
3203
TOP OYUNLARI

“Onları “nokaut”a salmaq istəyirik” - rəqib Azərbaycan çempionuna “ilişdi”

“Haqqında heç bir şey bilmədiyimiz rəqiblə oynamaq həmişə maraqlıdı. Amma həndbol Azərbaycanda geniş yayılmış idman növü deyil”. Apasport.az saytının məlumatına görə, bunu Danimarkanın “Viborq” həndbol klubunun baş məşqçisi Allan Pedersen deyib.

 

Viborq təmsilçisi bu gün EHF kubokunun II təsnifat mərhələsində Azərbaycan çempionu “Nur”la ilk qarşılaşmasını keçirəcək. Pedersenin sözlərinə görə, Mingəçevir təmsilçisini məğlub etmək heç də çətin olmayacaq: “Təəccüblüsü odu ki, “Nur” İsveç “Lugi”sini mübarizədən kənarlaşdıraraq, mərhələ adlayıb. Bu sözlər onları qiymətləndirməməkdən irəli gəlmir. Biz rəqibə qarşı yaxşı hazırlaşmışıq”.

 

Mütəxəssis “Nur”a söz atmaqdan da çəkinməyib. O bildirib ki, heyətində cəmi 1 azərbaycanlı olan (o da milliləşdirilmiş Yekaterina Peçedi - red) və digərləri rusiyalılardan təşkil edilən komandaya hər 2 görüşdə qalib gəlməyi hədəfləyiblər: “Matçın ilk dəqiqələrindən xarakter və sürətli oyun göstərib, rəqibi qısa zamanda “nokaut”a salmaq istəyirik. Azarkeşlərimiz qarşısında mövsümün birinci avrokubok oyununda qələbə qazanmalıyıq. Hər iki görüşdə arzumuz budu”.

 

Qeyd edək ki, qarşılıqlı razılaşmaya əsasən “Nur” hər 2 oyunu Viborqda keçirəcək. Komandamız bu gün nominal ev sahibi olacaq. Sabah isə qonaq qismində matça çıxacaq.