12:12 14-10-2017
news_image
2235
TOP OYUNLARI

Valeriya Məmmədovadan karyerası ilə bağlı qərar

Azərbaycan millisinin voleybolçusu Valeriya Məmmədova yeni mövsümlə bağlı qərarını verib. Apasport.az saytının məlumatına görə, 33 yaşlı libero yığmadakı bəzi komanda yoldaşlarından fərqli ölkəmizdə qalmağı üstün tutub.

 

O, “Azərreyl”lə müqaviləsinin müddətini artırıb. Məmmədova “dəmiryolçular”la 2017/2018 mövsümü üçün anlaşmaya imza atıb.

 

Qeyd edək ki, “Çelenc Cup”da oynayacaq “Azərreyl” Avropa çempionatının ən yaxşısı seçilən voleybolçumuzdan öncə Argentina millisinin hücumçusu Tanya Akosta ilə də 1 illik razılıq əldə edib.