17:23 30-04-2008
news_image
402
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimovun Qran-Pri turnirində məğlubiyyətsiz oyunlar seriyası doqquza çatıb

Bakı. Kənan Həsənov-APA-Sport. Bakıda təşkil olunan şahmat üzrə Qran-Pri turnirində IX turun oyunları start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, hesabat turunda 5 xalla liderlər qrupunda yer alan Vüqar Həşimov bolqarıstanlı İvan Çeparinovla qarşılaşıb. Qara fiqurlarla oynayan beynəlxalq qrossmeysterimiz inamla müdafiə olunub və görüş 30-cu gedişdə heç-heçə başa çatıb. Bu nəticədən sonra məğlubiyyətsiz oyunlar seriyasını davam etdirəm V.Həşimov 5,5 xalla liderlər sırasındakı mövqeyini möhkəmləndirib.