16:12 14-10-2017
news_image
814
TOP OYUNLARI

Millimizin hücumçusu ən yaxşılar arasında

Qadın voleybolçular arasında Rusiya Super Liqasının I turunun statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, startda fərqlənən oyunçular sırasında Azərbaycan millisinin hücumçusu Natalya Məmmədova da yer alıb.

 

Kazan “Dinamo”sunun şərəfini qoruyan 33 yaşlı voleybolçu topu ən yaxşı oyuna daxil edənlər arasında Tatyana Yurinskaya (“Zariçye Odintsova”) ilə birinci pilləyə şərik olub. Hər 2 oyunçu 5 eys edib.

 

Məmmədova bombardirləri sırasında isə 20 xalla ikinci yerdə qərarlaşıb. Buna da komandasının “Leninqradka”nı 3 setdə məğlub etməsi səbəb olub. İlk yerdə Krasnodar “Dinamo”suna tay-brekdə qalib gələn “Zariçye Odintsova”nın üzvü Mariya Vorobyeva qərarlaşıb. Natalyadan 2 hissə çox oynayan rusiyalı 24 xal toplayıb.