18:10 30-04-2008
news_image
467
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov Qran-Pri turnirində David Navaranı məğlub edib

Bakı. Kənan Həsənov - APA-Sport. Bakıda təşkil olunan şahmat üzrə Qran-Pri turnirində IX turun oyunları keçirilir. “APA-Sport” agentliyinin məlumatına görə, bu nüfuzlu yarışda uğursuz start götürən Şəhriyar Məmmədyarov ardıcıl ikinci qələbəsini qazanıb. Beynəlxalq qrossmeysterimiz hesabat turunda qara fiqurlarla çexiyalı David Navaranı 41-ci gedişdə məğlub edib və xallarının sayını 5-ə çatdırıb. Digər oyunlarda Maykl Adams (İngiltərə) Pyotr Svidlerə (Rusiya) qalib gəlib. Sergey Karyakin (Ukrayna) - Maqnus Karlsen (Norveç), İvan Çeparinov (Bolqarıstan) - Vüqar Həşimov görüşlərində heç-heçə qeydə alınıb.