15:57 16-10-2017
news_image
758
TOP OYUNLARI

Mövcud olmayan yığmamız reytinqdə mövqeyini qorudu

FİBA kişi basketbolçular arasında yığma komandaların yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 149 ölkənin yer aldığı siyahıda Azərbaycan millisi mövqeyini qoruyub.

 

Son illər yarışlara qatılmayan, mövcudluğunu belə itirən Samit Nuruzadənin komandası əvvəlki cədvəldə olduğu kimi yenə 93-cüdü. Millimizin aktivində 25,6 xalı var.

 

Basketbolçularımız Avropa ölkələri arasında isə 41-ci yerdədi.

 

Siyahıya ABŞ başçılıq edir. Onlar 819,6 reytinq xalına malikdilər. İkinci yerdə İspaniya (693,2), üçüncü pillədə Serbiya (641) qərarlaşıb.