01:53 17-10-2017
news_image
2336
TOP OYUNLARI

Milli üzvünün 20 xalı Super Kubok üçün bəs etmədi

Rusiyada qadınlar arasında voleybol üzrə Super Kubokun sahibi bəlli olub. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Natalya Məmmədovanın çıxış etdiyi Kazan “Dinamo”su həlledici oyunda Moskvadan olan adaşı ilə qarşılaşıb.

 

Maraqlıdır ki, həm də Rusiya çempionatının ikinci turu çərçivəsində keçirilən oyun moskvalıların 3:1 (22:25, 25:21, 25:17, 25:23) hesablı qələbəsi ilə başa çatıb.

 

Natalya oyunda 20 xal toplasa da, bu, qələbə üçün kifayət etməyib.