11:42 17-10-2017
news_image
932
TOP OYUNLARI

“Azərreyl” baş məşqçisini seçdi

“Azərreyl”i yeni mövsümdə çalışdıracaq baş məşqçinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, komanda rəhbərliyi Famil Ağayevi postunda saxlamağa qərar verib.

 

Ötən il “dəmiryolçular”ın “sükanı arxasına” keçən 31 yaşlı mütəxəssis ən azı 2017/2018 mövsümünün sonuna kimi bu vəzifəni icra edəcək. Yığmada Faiq Qarayevin köməkçisi olan Ağayevin qarşısında şərt kimi Azərbaycan çempionatında və “Çelenc Cup”da uğurlu çıxış qoyulub.

 

Qeyd edək ki, Ağayev ötən il bu postda Bülənt Karslıoğlunu əvəzləmişdi.