22:53 23-10-2017
news_image
2292
FUTBOL

The Best: “Ferents Puşkaş” mükafatının qalibi bəlli oldu - VİDEO

FİFA ötən ilin ən yaxşılarını mükafatlandırıb. Apasport.az saytının məlumatına görə,  İngiltərənin paytaxtı Londonda, “Palladium” teatrında keçirilən “The Best” adlı tədbirdə müxtəlif nominasiyalarda ən yaxşılar bəlli olub.

 

 

Əvvəlcə 2017-ci ilin ən yaxşı qolu nominasiyasında qalib müəyyənləşib.

 

“Ferents Puşkaş” mükafatı Fransa millisinin və “Arsenal”ın hücumçusu Olivye Jiruya təqdim olunub.

 

Jirunun “Arsenal” - “Kristal Palas” oyununda dabanla vurduğu qol bütün rəqiblərini qabaqlayıb.