10:48 24-10-2017
news_image
3602
DÖYÜŞ NÖVLƏRİ

Namiq Əliyev Güləş Federasiyasından kənarlaşdırılıb

Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyində kadr dəyişikliyi aparılıb. AGF-dən apasport.az saytına verilən məlumata görə, qurumun prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə I vitse-prezident Namiq Əliyev tutduğu vəzifədən azad edilib.

 

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Sahib Ələkbərova həvalə edilib. 

 

Qeyd edək ki, Ələkbərov Azərbaycan Velosiped Federasiyasında da eyni postu tutur.