09:13 25-10-2017
news_image

Hidayət Heydərov millidən ayrı düşdü

Oktyabrın 27-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri start götürəcək. Apasport.az saytının məlumatına görə, yarışda dünyanın ən güclü cüdoçuları ilə yanaşı, Azərbaycan milli komandası da qüvvəsini sınayacaq. 

 

3 gün davam edəcək mötəbər turnirində baş məşqçi Fərhad Məmmədovun rəhbərliyi altında medallar uğrunda 11 həmyerlimiz mübarizə aparacaq. "Böyük Dəbilqə" turnirində ölkəmizi Vüqar Şirinli (60 kq), Nicat Şıxəlizadə, İlkin Babazadə (hər iksi 66 kq), Rüstəm Orucov (73 kq), Naim Hüseynov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elxan Məmmədov (100 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı (48 kq), Nəzakət Əzizova (57 kq) və İrina Kindzerskaya təmsil edəcəklər. 

 

Qeyd edək ki, yarış üçün açıqlanan ilkin heyətdə 14 cüdoçu yer almışdı. Onlardan Orxan Səfərov (60 kq), Hidayət Heydərov (73 kq) və Elmar Qasımov (100 kq) son anda səfərə yollanan komandadan kənar qalıb.