09:22 25-10-2017
news_image
511
TOP OYUNLARI

Yığmamızın kapitanı Türkiyədə məğlubiyyətə üzüldü

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında III tura start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk oyun günündə Azərbaycan millisinin kapitanı Odina Bayramovanın şərəfini qoruduğu “Seramiksan” “Halkbank”ın qonağı olub.

 

Qarşılaşma ev sahiblərinin asan qələbəsi ilə yekunlaşıb – 3:0 (25:14, 25:17, 25:19). Bayramova qarşılaşmada 4 xal toplayıb. Görüşün bombardiri isə “Telekom”da Alışanova soyadını da götürmüş kubalı Vilma Salas olub.

 

Turun digər matçları bu gün keçiriləcək.

 

Qeyd edək ki, 3 oyundan sonra aktivində 4 xalı olan “Seramiksan” 7-ci pillədə qərarlaşıb.