17:29 27-10-2017
news_image
4164
DÖYÜŞ NÖVLƏRİ

Qran-pri: Orucov bürünc medal qazandı - YENİLƏNİB

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə cüdo üzrə “Böyük Dəbilqə” turniri keçirilir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə tatamiyə 2 idmançımız çıxıb. Onlardan Rüstəm Orucov çıxışını bürünc medalla başa vurub.

 

Kişilər

73 kq

Olimpiya mükafatçımız Rüstəm Orucovun Qran-pridə debütün 1/16 finala təsadüf edib. İlk mərhələdən azad olan həmyerlimiz Aleks Pombo Silvanı (Braziliya) sınağa çəkib. Görüş cüdoçumuzun asan qələbəsi ilə yükunlaşıb. O, Silvanı 64 saniyəyə ippona salıb. Orucov ikinci görüşündə Nikolas Delpopolo (ABŞ) ilə üz-üzə gəlib və rəqibini məğlub edib. Rüstəm 1/4 finalda rusiyalı Musa Moquşkovla (Rusiya) qüvvəsini sınayıb. Təəssüf ki, cüdoçumuz uğurunu davam etdirə bilməyib. O, məğlubiyyətə üzülüb. 

 

Buna baxmayaraq, Orucov "bürünc" üçün çıxışını davam etdirib. O, təsəlliverici görüşdə Rusiya millisinin digər üzvü Denis Yartsevlə gücünü yoxlayıb. Rüstəm ipponla qələbə qazaıb. O, 3-cü yer uğrunda belçikalı Dirk Van Tixelti də vaxtından əvvəl məğlub edərək, bürünc medala yiyələnib. 

 

81 kq

Naim Hüseynov da mübarizəyə 1/16 finaldan başlayıb. Olimpiya çempionumuz Nazim Hüseynovun oğlu ilk cəhdində rusiyalı Alan Xubetsovla güləşib və ipponla uduzub.

 

Qeyd edək ki, Qran-priyə 11 cüdoçu ilə yollanan yığmamız yarışın ilk günündə 1 gümüş medala yiyələnib. Mükafatı komandamıza Nicat Şıxəlizadə (66 kq) qazandırıb.