18:35 28-10-2017
news_image
2784
DÖYÜŞ NÖVLƏRİ

Kindzerskayadan gümüş, Mehdiyevdən bürünc medal - YENİLƏNİB

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə cüdo üzrə “Böyük Dəbilqə” turniri keçirilir. Apasport.az saytının məlumatına görə, yarışın 3-cü günündə tatamiyə 4 idmançımız çıxıb. Kişilərin yarışında Məmmədəli Mehdiyev (90 kq), Elxan Məmmədov (100 kq) və Uşanqi Kokauri (+100 kq), qadınların mübarizəsində İrina Kindzerskaya qüvvəsini sınayıb. Təmsilçilərimiz günü iki medalla başa vurub.

 

Kişilər

90 kq

Bu çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev ilk mərhələdən azad olub. O, yarışa iranlı Vahid Nuri ilə döyüşlə start verib. Qələbə qazanan idmançımız növbəti mərhələdə ispaniyalı Nikoloz Şerazadişviliyə məğlub olub. İdmançımız təsəlli döyüşündə serbiyalı Aleksandr Kukolja qalib gəlib. Məmmədəli bununla da bürünc uğrunda qarşılaşmada qüvvısini sınamaq imkanı qazanıb. Onun rəqibi isə rusiyalı Aleksandr Roslyakov olub. Cüdoçumuz bu qarşılaşmadan da qalib ayrılıb və bürünc medala yiyələnib.

 

100 kq

Elxan Məmmədov da yarışa 2-ci raunddan başlayıb. Təmsilçimiz ilk döyüşündə İvan Remarenko (BƏƏ) ilə görüşüb. Cüdoçumuz uduzaraq, mübarizəni dayandırıb.

 

+100 kq

Uşanqi Kokauri ilk mərhələdə özbəkistanlı Boltoboy Baltayevə qalib gəlib. Lakin təmsilçimiz fransalı Siril Maretə məğlub olduqdan sonra təsəlliverici döyüşə qatılıb. Burada belçikalı Bencamin Harmeqnisə uduzan Kokauri üçün yarış başa çatıb.

 

Qadınlar

+78 kq

Milliləşən legionerimiz İrina Kindzerskaya birbaşa yarımfinaldan mübarizəyə qoşulub. Onun ilk rəqibi rusiyalı Kseniya Çibişova olub. Qələbə qazanan idmançımız finala yüksəlib. İrinanın həlledici döyüşdəki rəqibi Tessi Savelkuls olub. Tatamidən məğlub ayrılan idmançımız gümüş medala yiyələnib.

 

Qeyd edək ki, idmançılarımız yarışın ilk iki günündə 2 medal qazanmışdı. Nicat Şıxəlizadə (66 kq) gümüş, Rüstəm Orucov (73 kq) bürünc mükafata yiyələnib.