09:46 30-10-2017
news_image
567
TOP OYUNLARI

Millimizin oyunçuları Türkiyə çempionatında bir-birinə rəqib oldu

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında IV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, qarşılaşmalarda Azərbaycan millisinin oyunçuları bir-birinə rəqib olublar.

 

Belə ki, yığmamızın hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Fənərbaxça” Marqarita Əzizovanın çıxış etdiyi “Beşiktaş”la üz-üzə gəlib. Görüş “sarı-lacivərdlilər”in 3:0 (25:20, 25:19, 25:14) hesablı qələbəsi ilə başa çatıb. Polinanın 20 xal topladığı matçda Marqarita son setdə meydana girib və xal qazanmayıb.

 

Milllimizin kapitanı Odina Bayramovanın formasını geyindiyi “Seramiksan” isə Yana Kulanın uğurları üçün çalışdığı “Bəylikdüzü”nu qəbul edib. Qarşılaşma ev sahiblərinin məğlubiyyəti ilə nəticələnib - 2:3 (27:25, 20:25, 20:25, 25:21, 9:25). Odinanın 6 xal topladığı görüşdə Yana 23 dəqiq zərbə vurub.

 

Beləliklə, IV turdan sonra “Fənərbaxça” 12 xalla turnir cədvəlində 2-ci yerdədi. “Seramiksan” (5 xal) 7-ci, “Bəylikdüzü” (3) 8-ci və “Beşiktaş” (3) 9-cu pillədə qərarlaşıb.