12:38 02-05-2008
news_image
605
DİGƏR NÖVLƏR

“Heydər Əliyev kuboku 2008” beynəlxalq boks turniri keçiriləcək

Bakı. Kənan Həsənov – APA-Sport. Mayın 6-da Bakı İdman Sarayında mərhum prezident Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr edilən beynəlxalq boks turniri start götürəcək. Bu haqda “APA-Sport” agentliyinə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib Onun sözlərinə görə, “Heydər Əliyev kuboku 2008” adlanan yarışda yeniyetmə boksçular mübarizə aparacaqlar. Mayın 10-da başa çatacaq turnirdə Azərbaycan boksçuları ilə yanaşı, ABŞ, İngiltərə, Almaniya, İrlandiya, İsrail, Finlandiya, Türkiyə, Misir, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Rusiya və başqa ölkələrin təmsilçilərinin iştirakı nəzərdə tutulub.