10:55 31-10-2017
news_image
502
TOP OYUNLARI

Yığmamızın hücumçusu Fransada ilk qələbəsini qazandı

Qadın voleybolçular arasında Fransa çempionatında III tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son günündə Azərbaycan millisinin hücumçusu Anastasiya Qurbanova şərəfini qoruduğu “Venel” “Şamalyer” klubunu qəbul edib.

 

Görüş təmsilçimizin komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Qurbanova isə görüşdə 14 xal yığıb.

 

Qeyd edək ki, mövsümdə ilk qələbəsini qazanan “Venel” turnir cədvəlində 10-cu pilləyə yüksəlib.