11:10 01-11-2017
news_image
1661
TOP OYUNLARI

Argentinalının Bakı klubuna keçidi alınmadı - FOTO

Argentina millisinin voleybolçusu Tanya Akostanın “Azərreyl”ə keçidi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçu ilə 1 illik razılıq əldə olunsa da, son anda müqaviləyə xitam verilib.

 

Buna səbəb 2010-cu ildən yığmasının şərəfini qoruyan 182 sm boya malik Akostanın zədə problemi olub. Onun ən azı 2017/2018 mövsümündə “dəmiryolçular”ın heyətində yer almayacağı dəqiqləşib.

 

Qeyd edək ki, “Azərreyl” yeni mövsümdə ölkəmizi qadın voleybolçular arasında avrokubokda təmsil edəcək yeganə klubdu.