11:17 02-11-2017
news_image
540
DİGƏR NÖVLƏR

Uşu-sandaçılarımız İtaliyada 4 medal qazanıblar

İtaliyanın Karrara şəhərində uşu-sanda üzrə dünya çempionatı keçirilib. Apasport.az saytının məlumatına görə, dünyanın 60-dan çox ölkəsinin yığmasının iştirakı ilə 5 gün davam edən mündialda Azərbaycan millisi 3 qızıl və 1 gümüş medal qazanıb.

 

Yığmamızın üzvü Fuad Qasımov bütün rəqiblərinə qalib gəlməklə, dünya çempionu tutuluna yiyələnib. Onun uğurunu Yuri Kim də təkrarlayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu idmançılardan fərqli, Rüstəm Həsənov finala vəsiqə qazansa da, gümüş medalla kifayətlənib.

 

Çempionatda veteranlar arasında da döyüşlər keçirilib. Uşu-sanda üzrə millimizin məşqçisi, boks üzrə respublikanın əməkdar məşqçisi Zaur Məmmədov da yarışların qalibi adına yiyələnib.