14:39 02-11-2017
news_image
1037
FUTBOL

“Qarabağ”a vurulan qol ən yaxşılar arasında - VİDEO

Çempionlar Liqasının IV turunun ən yaxşı qolu nominasiyana iddiaçılar açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın keçirdiyi səsvermədə mükafata 5 qol namizəddi.

 

Bunlardan biri Azərbaycan çempionu “Qarabağ”ın oyununda vurulub. “Atletiko”nun futbolçusu Tomas Teyenin vurduğu bərabərlik qolu turun ən yaxşısı adına iddia edir.

 

Ever Baneqanın (“Sevilya”) “Spartak”ın, Neymarın (PSJ) “Anderlext”in, Stefan El-Şaravinin (“Roma”) “Çelsi”nin, Lorenso İnsinyenin (“Napoli”) “Mançester Siti”nin qapısına vurduğu qollar da ən yaxşılardandı. Bu 5 qoldan biri isə turun qolu seçiləcək.