18:07 02-05-2008
news_image
374
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov Qran-pri turnirinin autsayderi İvan Çeparinova uduzub

Bakı. Kənan Həsənov - APA-Sport. Bakıda təşkil olunan şahmat üzrə Qran-Pri turnirində X turun görüşləri başlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandasının lideri Teymur Rəcəbov hesabat turunda autsayderlər sırasında yer alan İvan Çeparinovla (Bolqarıstan) qarşılaşıb. Ağ fiqurlarla oynayan beynəlxalq qrossmeysterimiz oyunun gedişində ciddi səhvə yol verib və 43-cü gedişdə məğlubiyyətlə barışıb. Hesabında 5 xal olan T.Rəcəbov sona üç oyun qalmış turnirin rusiyalı lideri Aeksandr Qrişukdan 1,5 xal geri qalır.