12:05 04-05-2008
news_image
362
STOLÜSTÜ OYUNLAR

Rauf Məmmədov Dünya kubokuna vəsiqə qazana bilməyib

Plovdiv. Mehman Süleymanov – APA-Sport. Azərbaycanlı beynəlxalq dərəcəli şahmatçı Rauf Məmmədov Dünya Kubokuna vəsiqə qazana bilməyib. “APA-Sport”un məlumatına görə, həmyerlimizin Bolqarıstanın Plovdiv şəhərində keçirilən Avropa çempionatında göstərdiyi nəticə buna imkan verməyib. 7,5 xalla 18-ci yeri tutan R. Məmmədov Dünya Kubokuna vəsiqə uğrunda rusiyalı D. Andreykinlə üç oyun keçirib. Şahmatçımız 29-cu yerdə qərarlaşan rəqibinə 1:2 hesabı ilə uduzub.