18:07 05-11-2017
news_image
691
TOP OYUNLARI

Kapitan oynadı, komandası “Qalatasaray”la bacarmadı

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında VI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin kapitanı Odina Bayramovanın şərəfini qoruduğu “Seramiksan” “Qalatasaray”ı qəbul edib.

 

Görüş “sarı-qırmızılar”ın qələbəsi ilə başa çatıb. “Qalatasaray” rəqibini 3:1 (25:19, 25:20, 18:25, 25:16) hesabı ilə məğlub edib. 

 

Matçda çıxış edən həmyerlimiz 3 xal toplayıb.

 

Görüşün bombardiri təmsilçimizin komanda yoldaşı Meryem Boz olub – 25 xal.

 

Qeyd edək ki, “Seramiksan” 6 oyundan sonra 6 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.