
12:59
Yunanıstanda şahmat üzrə başa çatan Avropa çempionatında yığmamızın 3 qrossmeysteri şəxsi birincilikdə də mükafatçılar sırasında yer alıb. Apasport.az saytının məlumatına görə, 3-cü dəfə qitənin ən güclüsü adını qazanan kişilərdən ibarət millimizdə ən yaxşı nəticəni Rauf Məmmədov göstərib.
O, keçirdiyi 9 görüşdə 8 xal toplamaqla, turnirin ən uğurlu zəka sahibi seçilib və 4-cü lövhədə qızıl medala yiyələnib.
Birinci lövhədə 8 matç keçirib 5 xal yığan Şəhriyar Məmmədyarovla ikinci lövhədə 5,5 xala malik Teymur Rəcəbov isə gümüş medal qazanıblar.
Qeyd edək ki, komandamız 14 xal toplamaqla, qitənin ən güclüsü adına sahib olub.