13:56 11-11-2017
news_image

Cüdoçumuz Avropa 3-cüsü oldu

Montoneqronun paytaxtı Podqoritsa şəhərində cüdo üzrə U-23 Avropa birinciliyinə start verilib. Apasport.az saytı xəbər verir ki, Azərbaycan millisinin və “Qəbələ” İdman Klubunun təmsilçisi Kəramət Hüseynov yarışın ilk günündə tatamı üzərinə çıxıb.

 

60 kq çəki dərəcəsində çıxış edən idmançımız keçirdiyi 4 görüşdən 3-də qalib gələrək yarışı bürünc medalla başa vurub. İlk iki görüşündə Gürcüstan təmsilçisi İrakli Kupatadze və ukraynalı Artyom Lesyuka qalib gələn cüdoçumuz yarımfinala yüksəlib. Finalın bir addımlığında rusiyalı Qamzat Zairbekovla qarşılaşan Hüseynov tatamidən məğlub ayrılıb.

 

Bürünc medal uğrunda qarşılaşmada hollandiyalı Tibo Vollemana qalib gələn idmançımız Avropa çempionatını fəxri kürsünün 3-cü pilləsində başa vurub.