11:13 16-11-2017
news_image
746
TOP OYUNLARI

“Azərreyl” avrokubok üçün “onluğ”unu açıqladı

“Azərreyl” avrokubokun yeni mövsümü üçün ilkin heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” “Çelenc Cup” üçün hələlik 10 voleybolçu sifariş edib.

 

Bunlar arasında yeni adlar da var. Ötən mövsüm “Lokomotiv”də çıxış edən gənclərdən ibarət yığmanın hücumçusu Nelli Salbişvili avrokubokda “Azərreyl”in formasını geyinəcək. Həmçinin millidə onun komanda yoldaşı Kseniya Pavlenko və əsas yığmamızın toppaylayıcısı Kristina Yaqubova, blokçusu Ayşən Abduləzimova və liberosu Ceyran Əliyeva da “Çelenc Cup”da bu komandaya köməklik edəcək.

 

Super Liqanın gümüş medalçısı “Azərreyl” hələlik legionerlərini - Anna Dovhopolyuk, Stetlana Dorsman və Maqdelana Qrikanın adını CEV-ə göndərməyib.

 

Komandanın ilkin sifariş vərəqəsi belədi:
 

Toppaylayıcılar:  Şəfaqət Həbibova, Kristina Yaqubova
Blokçular: Aynur Kərimova, Ayşən Abduləzimova
Hücumçular: Yekaterina Jidkova, Kseniya Pavlenko, Nelli Salbişvili

Liberolar: Valeriya Məmmədova, Ceyran Əliyeva, Nərmin Fərəcova

 

Komandanı isə Famil Ağayev çalışdıracaq. Ona Emin Əbilov və Ruslan Motorin köməklik edəcəklər.

 

Qeyd edək ki, “Azərreyl” “Çelenc Cup”ın 1/16 final mərhələsində Rumıniya “Ştiinta”sı ilə oynayacaq. İlk matç dekabrın 12-də olacaq. Bakıda keçirilməli olan cavab oyunu yanvarda təşkil ediləcək və hələlik dəqiq tarix müəyyənləşməyib.