11:32 06-05-2008
news_image
384
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov: “Ağ fiqurlarla üç partiyada uduzmağım yaxşı hal deyil”

Yarışı 8-10-cu pillələrdə bitirən 21 yaşlı beynəlxalq qrossmeyster çıxışından razı qalmayıb: “Ağ fiqurlarla üç partiyada uduzmağım yaxşı hal deyil. Xüsusilə bolqarıstanlı İvan Çeparinovla görüşdə həddən artıq zəif təsir bağışladım. Bəzi qarşılaşmalarda isə kiçik səhvlər ucbatından uduzdum. Deməli, bu sahədə problemlər var. Gələcəkdə ağ fiqurlarla daha ehtiyatlı oynamağa çalışacağam”.