14:43 19-11-2017
news_image
324
TOP OYUNLARI

Kseniya Poznyakın komandasından əzmkar qələbə

Qadın voleybolçular arasında Rusiya Superliqasında VI tur davam edir. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin blokçusu Kseniya Poznyakın kapitanı olduğu “Leninqradka” “Saxalin”lə qarşılaşıb.

 

Gərgin mübarizə şəraitində keçən görüş 4 set davam edib. Təmsilçimizin komandası ilk hissədə məğlub olsa da, sonradan özündə güc taparaq nəticəni xeyrinə dəyişə bilib – 3:1 (29:31, 25:23, 25:23, 25:23).

 

Qarşılaşmanın bəzi hissələrini ehtiyatda keçirən Poznyak matçda 4 xal toplayıb.

 

Beləliklə, VI turun yekununa əsasən 3 xal qazanan “Leninqradka” 10 xalla 5-cidi.