18:34 20-11-2017
news_image

Yığmamız Çinə 8 taekvondoçu ilə gedir

Dekabrın 23-də Çinin Usi şəhərində taekvondo üzrə “Böyük Dəbilqə” beynəlxalq açıq turniri start götürəcək. Azərbaycan Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Olimpiya çəki dərəcələri üzrə baş tutacaq G1 kateqoriyalı yarışa yığmamız da qatılacaq.

 

2 gün davam edəcək “Böyük Dəbilqə”də ölkəmiz 8 idmançı ilə təmsil olunacaq. Baş məşqçi Reza Mehmandost təsnifat xarakterli turnirdə Qaşım Maqomedov, Əli Məmmədov (hər ikisi 58 kq), Ayxan Tağızadə, Məhəmməd Məmmədov, Əliəsgər Əliyev (hər üçü 68 kq), Səid Quliyev (80 kq), Ramin Əzizov və Payam Qobadi Oğaza (hər ikisi +80 kq) şans verəcək.

 

Qeyd edək ki, turnirdə mükafatçılar sırasında yer alacaq taekvondoçular dekabrda keçiriləcək “Böyük Dəbilqə” seriya yarışlarına lisenziya əldə edəcəklər.