19:51 20-11-2017
news_image
667
TOP OYUNLARI

Millimizin hücumçusu Fransada hamıdan güclü oldu

Fransa çempionatında VI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Anastasiya Qurbanova şərəfini qoruduğu “Venel” səfərdə “Evro” komandasına qalib gəlib.

 

3:0 hesab ilə başa çatan oyunda Qurbanova 21 xal toplayıb. O, komandasının və matçın ən məhsuldar oyunçusu adına da yiyələnib.

Qeyd edək ki, 6 turdan sonra “Venel” 6-cı yerdə qərarlaşıb, komandanın 9 xalı var.