14:03 25-11-2017
news_image
666
TOP OYUNLARI

Yığmamız yenə uduzdu

18 yaşadək oğlanlar arasında Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) çempionatında ikinci oyun gününə start verilib. Apasport.az saytının məlumatına görə, Belarusun paytaxtı Minskdə keçirilən yarışda qüvvəsini sınayan Azərbaycan millisi 3-cü oyununa çıxıb.

 

Komandamız Rusiya ilə üz-üzə gəlib. İlk iki qarşılaşmada Belarus və Estoniyaya eyni – 0:3 hesabı ilə uduzan millimiz bu dəfə də meydanı xalsız tərk edib.

 

Düzdü, voleybolçularımız gərgin keçən ilk setdə çətin qələbə qazana bilib. Lakin uğurun ardını gətirə bilməyən yığmamız məğlubiyyətlə barışmalı olub - 1:3 (26:24, 20:25, 15:25, 14:25).

 

1

Belarus

2

6-1

6

2

Ukrayna

1

3-0

3

3

Latviya

2

4-3

3

4

Estoniya

2

3-3

3

5

Rusiya

2

3-4

3

6

Azərbaycan

3

1-9

0

 

Qeyd edək ki, millimiz sabah Latviya və Ukrayna ilə üz-üzə gələcək.