09:24 27-11-2017
news_image
516
TOP OYUNLARI

Voleybolçumuz İtaliyada debütə həsrət qalıb

Qadın voleybolçular arasında İtaliya A seriyasında VIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Yelizaveta Səmədovanın şərəfini qoruduğu “Skandiççi” “Lenyano”nun qonağı olub.

 

Görüş təmsilçimizin komandasının asan qələbəsi ilə yekunlaşıb. Onlar rəqiblərini 3:0 hesabı ilə məğlub edərək, 3-cü pillədəki yerlərini qoruyublar. “Skandiççi”nin aktivində 20 xalı var.

 

İtaliyaya yollanandan rəsmi görüşlərdə meydana çıxmayan Səmədova bu dəfə də oyunu azarkeş kimi izləyib. Onun ən azı dövrəni belə başa vuracağı gözlənilir.