12:11 27-11-2017
news_image
606
TOP OYUNLARI

Biri qalib gəldi, digəri uduzdu

Qadın voleybolçular arasında Fransa çempionatında VII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur Azərbaycan millisinin üzvlərindən birinin qələbəsi, digərinin məğlubiyyəti ilə yekunlaşıb.

 

Belə ki, Anastasiya Qurbanovanın şərəfini qoruduğu “Venel” “Mulhous”la qarşılaşıb. Görüş təmsilçimizin komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qurbanova matçda 15 xal yığıb.

 

Olena Həsənova formasını geyindiyi “Le Kann” isə “Beziers”lə üz-üzə gəlib. Voleybolçumuzun komandası 2:3 hesabı ilə məğlub olub. Həsənova görüşdə 14 xal toplayıb.

 

7 turdan sonra “Le Cann” 4-cü, “Venel” 5-ci yerdə qərarlaşıb. Hər 2 komanda 11 xala malikdi.