11:24 29-11-2017
news_image
2033
DİGƏR NÖVLƏR

Yığmamızın üzvləri yeni ampluada – aktyorluq edəcəklər

Dekabrın 24-də Milli Gimnastika Arenası əsl möcüzəvi bayram ab-havasına bürünəcək. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, bu növ üzrə yığma komandaların məşqçi və gimnast heyəti bir araya gələrək, “Evdə tək” filmini arenada canlandıracaqlar.

 

Xüsusi seçilmiş dekorasiyalar, rəngarəng geyimlər və sehrli qrimlərlə bəzədiləcək bu şounun iştirakçıları öz izləyicilərinə ən unudulmaz anlar yaşatmaq üçün böyük həvəslə hazırlaşırlar. Süjet xətti bədii gimnastika üzrə milli komandamızın baş məşqçisi Mariana Vasilevanın rəhbərliyi ilə qurulmuş bu şouda yarış meydançasında görməyə öyrəşdiyimiz gimnastika ailəsi öz aktyorluq bacarıqlarını nümayiş etdirəcəklər.

 

Şouya biletlər arenanın kassası satılacaq və qiyməti 15, 20 və 30 manat olacaq.