09:44 30-11-2017
news_image
582
TOP OYUNLARI

Debütant avrokubok təmsilçimizə gücünü göstərdi

Azərbaycan Super Liqasında hazırlıqlarını davam etdirən “Azərreyl” və “Abşeron” yoxlama matçı keçirib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçiləri Voleybol Mərkəzində 2 dəfə üz-üzə gəlib.

 

Görüşlər qadın voleybolçular arasında avrokubokda yeganə təmsilçimiz olan “Azərreyl” üçün uğursuz alınıb. Belə ki, Eldar Yusubovun rəhbərlik etdiyi debütant hər 2 matçda “dəmiryolçular”dan üstün olub. Onlar rəqiblərini ilk oyunda 3:0, ikinci qarşılaşmada 3:1 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, “Azərreyl” “Çelenc Cup”da da oynayacağı halda, “Abşeron” əsasən gənclərlə ölkə çempionatında mübarizə aparacaq.