10:32 02-12-2017
news_image
1072
TOP OYUNLARI

Reynaldo Azərbaycan çempionuna rəqib oldu

Azərbaycan çempionu “Lokomotiv”in “Çelenc Cup”ın 1/16 final mərhələsindəki rəqibi “Fonte Bastrado” heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Portuqaliya klubunun baş məşqçisi Xose Migel Bakı təmsilçisi ilə matç üçün 12 voleybolçu sifariş edib.

 

Komandanın heyətinin əsasını legionerlər təşkil edir. Belə ki, “Lokomotiv”lə qarşılaşacaq komandada cəmi 3 yerli oyunçu meydana çıxacaq. Digər 9 voleybolçu isə 4 ölkəni təmsil edəcək.  

 

Toppaylayıcılar: Robert Viiber (Estoniya), Bruno Alveş (Braziliya)

Blokçular: Qerson Pereyra (Kape Verde), Rikardo Filyo, Maykon Kosta (hər ikisi Braziliya)

Hücumlular: Dioqo Morais, Karlos Vina, Osvaldo Ferreira da Silva (hər üçü Portuqaliya), Aleksandrs Kudryaşovs (Latviya), Kaio Roşa, Reynaldo da Silva (hər ikisi Braziliya)

Libero: Daniel Ruiz (Estoniya)

 

Qeyd edək ki, ilk matç dekabrın 7-də Bakıda, cavab oyunu 13 gün sonra Azor adalarında olacaq.