13:23 02-12-2017
news_image
485
DİGƏR NÖVLƏR

Lunyov mövqeyini qorudu, Nəsirova irəlilədi

Beynəlxalq İdman Atıcılıq Federasiyası reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, dekabr üçün müəyyənləşən siyahıda Azərbaycan snayperləri də yer alıblar.

 

Güllə atıcılığı üzrə millimizin lideri Ruslan Lunyov ötən ayla müqayisədə mövqeyini qoruyub. O, 25 m məsafəyə atəş açmada  8-ci, 10 m-də 28-ci pillədədi. Lunyovun aktivində müvafiq olaraq, 733 və 82 xalı var.

 

10 m məsafəyə atəş açmada qadınların siyahısında Nigar Nəsirova isə irəliləyib. O, 54-cü pilləni 53-ə dəyişib.

 

Stend atıcılarının cədvəlinin ön sıralarında isə Azərbaycan idmançısı yer almayıb.