17:01 02-12-2017
news_image
506
TOP OYUNLARI

Yığmamızın hücumçusu “Fənərbaxça”nı ilk pilləyə yüksəltdi

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında start verilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Fənərbaxça” “Çanakkale Bld” klubunu qəbul edib.

 

Görüş “sarı-lacivərdlilər”in asan qələbəsi ilə başa çatıb – 3:0 (25:16, 25:21, 25:10). Rəhimova matçda 9 xal toplayıb.   

 

Bu qələbə sayəsində xalını 26-ya çatdıran “Fənərbaxça” müvəqqəti də olsa, ilk pilləyə yüksəlib.