18:06 07-05-2008
news_image
664
DİGƏR NÖVLƏR

Azərbaycanın boks yığmasının üzvü Elçin Əlizadənin maaşı 1000 dollardan 500 dollara endirilib

Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın boks üzrə milli komandasının üzvü Elçin Əlizadənin aylıq məvacibi azaldılıb. Bu haqda “APA-Sport” agentliyinə Boks Federasiyasının prezidenti Ağacan Abıyev məlumat verib. Onun sözlərinə görə, E.Əlizadə bu aydan etibarən 1000 deyil, 500 dollar məvacib alacaq. Bunun səbəbi isə boksçunun dünya çempionatında və iki beynəlxalq turnirdə Pekin olimpiadasına vəsiqə qazana bilməməsidir.
Qeyd edək ki, E.Əlizadə Milli Olimpiya Komitəsindən və şərəfini qoruduğu “Sədərək” klubundan məvacib alır.