16:44 11-12-2017
news_image
663
TOP OYUNLARI

Şəhriyar Məmmədyarov Çində medal qazandı

Çinin Huayan şəhərində Dünya İntellektual Oyunlarında şahmatın rapid növü üzrə yarışlara yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnir Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov üçün uğurlu alınıb.

 

Yarışda 7 matçdan 4,5 xal toplayan həmyerlimiz gümüş medala sahib olub. O, VI turda məğlub olduğu rusiyalı Dmitri Andreykindən geri qalıb. İlk “üçlüy”ü vyetnamlı Liem Le qapayıb (4,5 xal).

 

Turnirdə mübarizə aparan digər həmyerlimiz Rauf Məmmədov 2,5 xalla 12-ci olub.