09:00 14-12-2017
news_image
518
TOP OYUNLARI

Natalya Məmmədova Çempionlar Liqasına qələbə ilə başladı

Qadın voleybolçular arasında Çempionlar Liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan “Dinamo”su I tur çərçivəsində Bolqarıstanın “Maritsa” klubunun qonağı olub.

 

Qarşılaşma Rusiya təmsilçisinin asan qələbəsi ilə başa çatıb. “Dinamo” hər 3 setdə rəqibindən üstün olub – 3:0 (25:19, 25:23, 25:23).

 

Məmmədova matçda 12 xal toplayıb.