11:04 09-05-2008
news_image
426
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçısı İspaniyada keçirilən turnirə qələbə ilə başlayıb

Bakı. Kənan Həsənov-APA-Sport. İspaniyanın Salou şəhərində şahmat üzrə beynəlxalq turnir start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, 10-cu dəfə təşkil olunan yarışda ölkəmizi Azər Mirzəyev təmsil edir. İspaniyada yaşayan həmyerlimiz ilk oyunda meydan sahibi Mila Teyera Xordiyə qalib gəlib. Reytinqə görə turnirin beşinci şahmatçısı olan A.Mirzəyev bu gün almaniyalı Hannes Lanqrokla oynayacaq.
Qeyd edək ki, mayın 16-dək davam edəcək və 8145 avro mükafat fondu olan yarışda 56 şahmatçı mübarizə aparır.